Bakıda yüksək qiyməti olan xalçaları oğurlayan şəxslər saxlanılıb. Bu haqda Oxu.az 28 yanvar tarixində xəbər verib.
Yanvarın 19-dan 26-dək olan müddətdə paytaxtın Xəzər rayonunda Şüvəlan qəsəbəsindəki evlərin birindən xalçaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Nəcəfov və K.Aşurbəyov saxlanılıblar, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Araşdırmalar davam edir.