Bakıda 34 yaşlı şəxs bıçaqlanaraq öldürülüb. Bu haqda BakuPlus.az Report-a istinadən 14 mart tarixində xəbər verir.
Paytaxtın Xətai rayonunda şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 34 yaşlı Orxan Seyidovu bıçaqlayaraq öldürməkdə şübhəli bilinən 23 yaşlı Pərviz Həsənov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.