Bakıda bıçaqlanma hadisəsi olub. Hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Bu haqda 25 yanvar tarixində BakuPlus APA-ya istinadən xəbər verir.
Rayonun Lökbatan qəsəbəsində 36 yaşlı Ceyhun Əmirov əlbəyaxa dava zamanı tanışı tərəfindən bıçaqlanıb.
Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.