Bakıda kişi narkotikdən zəhərlənib. Bu haqda Lent.az 8 dekabr tarixində məlumat verib.
Nizami rayonunda, “Neftçilər” metro stansiyası yaxınlığındakı mənzillərdən birində 36 yaşlı Ş. Hüseynov yaşadığı evdə yüksək dozada narkotik qəbul edib.
Bundan sonra o, zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.