Bakıda qətl hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Report-a istinadən xəbər verir.
7 fevral tarixində Qaradağ rayonu ərazisində yaşadığı evdə 39 yaşlı Qənəət Fərmanovanı qətlə yetirməkdə şübhəli bilinən zərərçəkmişin tanışı 43 yaşlı Asəf Cəfərzadə saxlanılıb.
Onlar arasında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Qənəət Fərmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.