Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 7 aprel tarixində xəbər verir.
Müxtəlif vaxtlarda Xəzər rayon ərazisində 4 evdən məişət əşyaları, naqil, televizor, 2 ədəd velosiped, təmir-tikinti alətləri və tikinti materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Yunusov və əvvəllər məhkum olunmuş T.Quliyev saxlanılıblar.
İstintaq tədbirləri davam etdirilir.