Paytaxtın Xəzər rayonunda azyaşlı qızın cəsədi aşkarlanıb. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az rəsmi qurumlara istinadən məlumat verir.
4 yaşlı Məryəm Hüseynlinin meyiti dərinliyi 10 metr olan quyudan tapılıb.
Cəsəd FHN-nin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Prokurorluq məsələ ilə bağlı araşdırma aparır.