Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən binaların arasında olan boşluqda ilişən və köməksiz qalan pişik xilas olunub. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Yerli sakinlər pişiyi götürməyə çalışsalar da, buna nail ola bilməyiblər. Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar və 7-ci mərtəbənin eyvanları arasında yerləşən boşluqda qalan pişiyi xilas ediblər.
[video width="1280" height="720" mp4="https://bakuplus.az/storage/photos/2023/10/xte_-_-bakida_kom-ksiz_v-ziyy-td-_qalan_pisik_xilas.mp4"][/video]