Bakıda avtobusda yanğın baş verib. Hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Bu haqda APA 16 dekabr tarixində xəbər verib.
Rayonun Ziya Bünyadov prospektində “Karsan” markalı 81 nömrəli sərnişin avtobusunun mühərrik hissəsində tüstülənmə baş verib.
Əraziyə FHN-nin DYMX-nin iki texnikası cəlb olunub. Yanğın söndürülüb, salona keçməsinin qarşısı FHN əməkdaşları tərəfindən alınıb.
Xəsarət alan yoxdur, fakt araşdırılır.