Paytaxtın Səbail rayonunda narkotik maddələrin alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün. 29 noyabr tarixində AZƏRTAC Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Babayev və onun idarə etdiyi “Hyundai” markalı avtomobildən. Həmçinin, onunla birgə olan paytaxt sakini S.Təhməzovdan ümumilikdə 9 kiloqrama yaxın narkotik maddə və 580 ədəd həb aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.