Bakının Nərimanov rayonu, Maqsud Əlizadə və Səməd Vurğun küçələrinin kəsişməsində ağaclar kəsilib. Bu haqda 12 may tarixində Report məlumat verib.
Ağacların məhvetmə faktı Dövlət Ekoloji Mühafizə Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı təsdiqini tapıb.
Xidmətin nümayəndəsi Vaqif Cavadov bildirib ki, hadisəni törədən şəxslərin müəyyən edilərək qanunamüvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına təhvil verilməsi üçün materiallar hazırlanır.