Paytaxtın Xəzər rayonunun Qala qəsəbəsində ailə-məişət mübahisəsi bıçaqlanma ilə nəticələnib. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
49 yaşlı Arif Səlimov yaşadığı evdə baldızı ilə mübahisə edərkən qadın ona bıçaq zərbəsi vurub.
Kişi Sabunçu Tibb Mərkəzinə aparılıb. Hadisə araşdırılır.