Paytaxtın Səbail rayonunda almaniyalı qıza təcavüz edən şəxsə hökm oxunub. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
29 yaşlı F.Abdullayev sərxoş halda olan qızı zorladığına görə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycana könüllü kimi gəlmiş 20 yaşlı Katherina K. 7-8 oktyabr tarixlərində dostları ilə əvvəlcə evdə, daha sonra gecə klublarında içki qəbul edib. Gecə saat 04:00 radələrində ona yaxınlaşan F.Abdullayev qızı evinə dəvət edib.
Almaniyalı gənc qız bildirib ki, həmin şəxslə necə getdiyini və hadisənin tam olaraq necə baş verdiyini xatırlamasa da, ona təcavüz edildiyini və onun bakirəliyinin pozulduğunu düşünür.
Ekspertiza nəticələri təcavüzün baş verdiyini təsdiq edib.