Ana öz oğlu üçün həbsxanaya narkotik keçirmək istəyib. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Hadisə Bakı İstintaq Təcridxanasında baş verib. Telli Məmmədova Nurlan Məmmədlinin ziyarətinə gəldiyi zaman onun gətirdiyi sovqata baxış keçirilib. Nəticədə orada şampun qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,266 qram heroin və 0,060 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırmaya başlanılıb.