Paytaxtın Xəzər rayonunda yerləşən 3 saylı təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Bakı sakini Sara İslamova həbsdə olan oğlu Tərlan İslamova sovqat gətirib. Yoxlama zamanı orada olan maykaya hopdurulmuş 0,250 qram heroinin olduğu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.