Bakının Binəqədi rayonu, Yeni yaşayış massivindəki fərdi evlərin birində qətl hadisəsi baş verib. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə səhər saat 07:00 radələrində baş verib. 37 yaşlı Zülfiyyə Xamoyeva məişət mübahisəsi zamanı bıçaqlanaraq öldürülüb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən həyat yoldaşı, 42 yaşlı Qədir Qasımov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam edir.