Paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində sərnişin avtobusu piyadanı vurub. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
51 yaşlı Şaiq Yusifov avtomobil yolunu keçən zaman onu 36 saylı sərnişin avtobusu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.