Bakının Qaradağ rayonunda “Ford” markalı minik avtomobili körpüdən aşaraq yanıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən bu gün, 5 dekabr tarixində məlumat verir.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb, ətraf ərazi isə yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Qəza zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.