Bakıda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 18 iyul tarixində xəbər verir.
Suraxanı rayonu, Hövsan qəsəbəsində avtomobil yolu keçən 39 yaşlı Təmkin Məmmədovu vurub.
Xəstəxanaya çatdırılan yaralıya qapalı kəllə-beyin travması, baş-beyin əziyi və sol said sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğu bildirilib.
Hadisənin təfərrüatı araşdırılır.