Xəzər rayonu, Binə qəsəbəsində avtomobil qəzası baş verib. Bu haqda bu gün, 24 yanvar tarixində Baku.ws sosial şəbəkələrə istinadən məlumat verib.
“Lada” markalı avtomobil məhəllələrarası yol ilə yüksək sürətlə hərəkət edərək qəfildən evin divarına çırpılıb.
Hadisə nəticəsində avtomobili idarə edən sürücünün komaya düşdüyü bildirilir.