Bakı şəhəri, Nərimanov rayonunda avtomobil qaçırılıb. Bu haqda bu gün, 22 fevral tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Hadisə ötən gün saat 5:00 radələrində qeydə alınıb. Polis əməkdaşları tərəfindən Bakı şəhər sakini H.Abdullayev saxlanılıb. O, “Hyundai” markalı avtomobilin qaçırılmasında şübhəli bilinir. Maşın sahibinə qaytarılıb.
Araşdırma aparılır.