Bakıda minik avtomobilinin elektrovozla toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən məlumat verir.
Avqustun 2-də saat 23:20 radələrində Qala-Binə mənzilində “Hyundai Elantra” markalı 77-FV-520 dövlət qeydiyyat nişanlı minik avtomobili elektrovozla toqquşub.
Maşinist təcili tormozlanma etsə də, tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Avtomobilin sürücüsü təcili yardım maşınında dünyasını dəyişib, sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. Fakt araşdırılır.