Paytaxtın iki rayonunda avtoqəza qeydə alınıb. Bu haqda bu gün, 11 oktyabr tarixində Report.az məlumat yayıb.
Yasamal rayonunda avtomobil yolu keçən 28 yaşlı Elvin Gözəlovu vurub. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına catdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Digər hadisə Nəsimi rayonunda baş verib. 70 yaşlı Həşim Hüseynov yolu keçərkən nəqliyyat vasitəsi tərəfindən vurulub. Ona baldır sümüklərinin sınığı diaqnozu qoyulub.
Hər iki faktlarla bağlı araşdırmalar aparılır.