Bakıda avtomobil çuxura düşüb. Hadisə Səbail rayonu ərazisində baş verib. Bu haqda 1news.az 22 dekabr tarixində xəbər verib.
Bayıl qəsəbəsi Qurban Abbasov küçəsində hərəkət edən “Mercedes” markalı avtomobil yolun təmir üçün qazılan hissəsində çuxura düşüb.
Avtomobilə ciddi ziyan dəyib.
[caption id="attachment_21322" align="alignnone" width="800"]
Foto 1news.az[/caption]