Bakıda yola yanacaq dağılıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 2 aprel tarixində xəbər verir.
Paytaxtın Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanacaq daşıyan avtomobildən yolun hərəkət hissəsinə təqribən 250 metr məsafədə yanacaq (dizel) dağılıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
DYMX-nın yanğınsöndürmə qüvvələri tərəfindən yol yuyularaq müvafiq təhlükəsizlik tədbiri görülüb.