Paytaxtın Nərimanov rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Chery” markalı nəqliyyat vasitəsindən başlayıb, daha sonra alov yaxınlıqdakı yaşayış binasına keçib və mənzillərdən birinin eyvanının üzlüyünü 35 kv.m sahədə əridib.
Hadisə yerində FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.