Paytaxtın Nəsimi rayonunda avtomobildən oğurluq edən 2 nəfər tutulub. Bu haqda bu gün, 26 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri Anar Məmmədov və Namiq Əsgərov nəqliyyat vasitəsindən icçərisində bank kartları, sənəd və mobil telefon olan çantanı oğurlamaqda şübhəli bilinirlər. Keçirilən əməliyyat zamanı N.Əsgərova məxsus “Toyota” markalı avtomobildən heroin də aşkar olunub.
Aşkarlanan faktlarla bağlı araşdırmalar davam edir.