Paytaxtın Xətai rayonunda avtomobili oğurlayaraq qəza törədən şəxs tutulub. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Masallı rayon sakini R.İbrahimov rayon ərazisindəki avtoyumadan Bakı sakini G.Novruzovaya məxsus “Chevrolet” markalı nəqliyyat vasitəsini oğurlayıb, daha sonra Zabrat yolunda qəza törədib.
Faktla bağlı araşdırma davam edir.