Bakıda avtoqəzaya düşən piyada 2 gün sonra vəfat edib. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
10 aprel tarixində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində 40 yaşlı Fuad Əsgərovu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Piyadanı vuran “VAZ-2170” markalı avtomobilin sürücüsü Zərbi Zamanov barəsində cinayət işi açılıb.