Bakıda yol qəzası baş verib. Hadisə Xətai rayonunda qeydə alınıb. Bu haqda Apa 10 fevral tarixində xəbər verib.
Yusif Səfərov küçəsində tuneldə hərəkətdə olan “Nissan” markalı nəqliyyat vasitəsinin sürücüsü sükana nəzarəti itirərək “Lexus” markalı maşına çırpılıb. Zərbənin təsirindən bir neçə dövrə vuran “Nissan” piyada səkisinə dəyərək dayanıb.
Qəza nəticəsində bir nəfər yüngül bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.