Bakıda avtomobilin ehtiyat hissələrini oğurlayan şəxs tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 14 iyun tarixində xəbər verir.
Nizami rayonunda “Mack” markalı 2 avtomobildən 40.000 manat dəyərində ehtiyat hissələrini sökərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Şabanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.