Paytaxtın Binəqədi rayonu, Baksol yolunda yerləşən “Məmmədoğulları” avtomobil servisində bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az-a məlumat daxil olub.
Avtomobil ustalarından biri nəqliyyat vasitəsinin altında iş görən zaman avtomobildə partlayış baş verib. Nəticədə ustanın başı yarılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hadisənin təfərrüatları araşdırılır.