Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 22 fevral tarixində APA məlumat verib.
Hadisə Nərimanov rayonunda yerləşən avtomobil servisinin qarşısında qeydə alınıb. 36 yaşlı İlqar Əsgərov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.