Bakının Sabunçu rayonunda avtotəmir sexində yanğın baş verib. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Rayon ərazisində bir dam altında tikilən dörd boksdan ibarət avtomobil təmiri sexinin bir boksunda avtomobil ehtiyat hissələri və digər əşyalar yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb. Xəsarət alan olmayıb.