Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları köməksiz vəziyyətdə qalmış azyaşlı uşağı xilas ediblər. Bu haqda bu gün, 16 may tarixində Oxu.az xəbər verib.
Həyətə baxmaq istəyən qızın başı çoxmərtəbəli binanın səkkizinci mərtəbəsində yerləşən mənzilin eyvanının dəmir barmaqlıqları arasında qalıb.
Xüsusi Təhlükəli Hallarda Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunaraq uşağı xilas ediblər.