Paytaxtın Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün,12 oktyabr gecə saatlarında Report xəbər verib.
26 yaşlı Nəzir Quluzadə mübahisə zaminində bıçaqlanıb. Hadisə yerinə təcilli tibbi yardım cəlb olunub, Quluzadə xəstəxanaya sol döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ötən gün daha iki bıçaqlanma hadisəsi Sabunçu və Xəzər rayonlarında baş verib.