Paytaxt ərazisində yerləşən həbsxanaların birinə narkotik keçirmək istəyiblər. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
1 saylı cəzaçəkmə müəssisəsində olan məhkum Namiq Cavadovun yanına bacısı gəlib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman oradakı antiperspirant qabının içində gizlədilmiş sellofan bükülüdə 1,738 qram heroin tapılıb.
Faktla bağlı araşdırma aparılır.