Xəzər rayonunda yerləşən 3 saylı təcridxanaya narkotik keçirmək istəyiblər. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Salyan şəhər sakini Ruhəngiz Əsgərova həbsdə olan oğlu Anar Əsgərovla görüşə gəlib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman plastik qabda olan balın içərisində ümumi çəkisi 0,800 qram olan heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.