Paytaxtın Səbail rayonunda bank hesabından oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ağstafa rayon sakini Niyaməddin İsmayılov Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 1180 AZN pul oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.