Paytaxtın Sabunçu və Suraxanı rayonlarında bank hesablarından oğurluq edən şəxslər saxlanılıb. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini V.Məmmədov həmyerlisi G.Nəbiyevanın hesabından 1030 manat çıxarmaqda, A.Əskərova isə S.Bayramlının bank hesabından 1098 manat oğurlamaqda şübhəli bilinirlər.
Hər iki faktla bağlı araşdırma aparılır.