Bakıda bank hesablarından vəsait oğurlayan şəxslər müəyyən edilərək saxlanılıb. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Aprelin 6-da Nizami RPİ 24-cü Polis Şöbəsinə Bakı şəhər sakinləri E.Manafovun bank hesabından 1000 manat, İ.İbrahimovun bank hesabından isə 120 manat oğurlanması barədə müraciətlər daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Cabbarov və Ağcabədi rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş N.Mehdiyev müəyyən edilərək saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.