Bakıda güclü külək nəticəsində yaşayış binanın pəncərəsi həyətdəki olan avtomobilin üstünə düşüb. Hadisə bu gün, 25 noyabr taixində səhər saatlarında jurnalistlər evi adlanan bina kompleksində baş verib. Bu haqda Oxu.az məlumat verib.
Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin şüşə örtüyü sınıb, avtomobilə maddi ziyan dəyib.
Daha öncə, 16 noyabr tarixində küləkli və yağışlı hava şəraitləri nəticəsində jurnalistlər üçün inşa edilən yaşayış kompleksində isə 3-cü binanın damını külək uçurub.