Paytaxtın Nizami rayonunda yerləşən üçmərtəbəli yaşayış binasının damında olan dəmir lövhə sakinlər üçün təhlükə yaradıb. Bu haqda bu gün, 7 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Həmin binanın damında bir neçə dəmir lövhə yerindən qoparaq asılı vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.
Görülən tədbirlər nəticəsində divarın üzlüyü çıxarılıb və təhlükə aradan qaldırılıb.