Paytaxtın Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini S.Hacıyev həmyerlisi Q.Qənbərova döş qəfəsindən bıçaqla və onun qardaşına başından daşla xəsarət yetirib. O, şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırmaya başlanılıb.