Sakinlərin könüllü olaraq silah-sursatları təhvil vermələri davam edir. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Dekabrın 19-da paytaxtda və respublikanın müxtəlif rayonlarında sakinlər polis əməkdaşlarına 16 müxtəlif markalı tüfəng təhvil veriblər.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam edir.