Bakının Xətai rayonunda bu gün, 26 iyul gecə saatlarında piyadaların iştirakı ilə iki yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Report məlumat verib.
Rayon ərazisində 10 yaşlı Yusif Mürsəlovyolu keçərkən onu avtomobil vurub. Uşaq sağ baldır sümüyünün sınığı ilə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ukrayna dairəsində yolu keçən 54 yaşlı Bəhruz Məmmədovu avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.