Bakıda avtomobildən oğurluq hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 12 noyabr tarixində xəbər verir.
Noyabrın 10-u Səbail rayonu, Z.Əliyeva küçəsində “BMW” markalı avtomobildən içərisində 300 manat və sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini R.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.