Paytaxtın Nizami rayonunda narkotik aludəçisi oğurluq üstündə tutulub. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Biləsuvar rayon sakini Eldar Orduxanov Bakı şəhər sakini S.Xankişiyevanın içərisində pul, sənədlər və mobil telefon olan pulqabısını oğurlayıb. Saxlanılan zaman onun üzərində heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.