Bakıda, Badamdar qəsəbəsində yerləşən “AEF” hotelində transseksuallar döyülüblər. Bu haqda bu gün, 9 yanvar tarixində sosial şəbəkələrə istinadən Bakuplus.az məlumat verir.
Hotelə gələn 18 və 20 yaşlı cinsi azlıq nümayəndələri görüşməyə gəldikləri şəxslərin hücumuna məruz qalıblar.
Döyülmüş şəxslər 41-ci Polis Bölməsində ərizə yazıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, transseksuallar Qazaxıstan vətəndaşı, 30 yaşlı N.Zakirov və Gəncə şəhər sakini, 27 yaşlı A.Xabillaxov tərəfindən döyülüblər. Faktla bağlı araşdırma aparılır.