Bakının Nizami rayonunun Qara Qarayev prospektində əcnəbi vətəndaşın avtomobilindən pul oğurlanıb. Bu haqda bu gün, 8 aprel tarixində Report məlumat verib.
Əfqanıstan vətəndaşı, 27 yaşlı Mohammadi Najib Ullah Alimadad oğlu polisə müraciət edərək kirayədə yaşadığı evin yaxınlığında saxladığı “Toyota” markalı avtomobilin saxlanc yerindən 1400 manat və daha əvvəl isə eyni üsulla 400 manat pul oğurlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.